“Fənər” son saniyələrdə vurduğu qolla 2-ci pillədə qaldı - VİDEO

9 May 2021 01:24 Türkiyə 1 351
“Fənər” son saniyələrdə vurduğu qolla 2-ci pillədə qaldı - VİDEO

Türkiyə Super Liqasında 40-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Fənərbaxça” Super Liqada qalmaq üçün mübarizə aparan “Ankaragücü” ilə görüşdə çətin səfər qələbəsinə sevinib.

Alper Potukun 3-cü dəqiqədəki erkən qoluna elə ilk yarıda Ozan Tufan cavab verib. Matçın uzatma dəqiqələrində fərqlənən Enner Valensiya isə qonaqlara 3 xal qazandıran qola imza atıb.

Beləliklə, xal hesabını 79-a çatdıran “Fənərbaxça” 2-ci pillədə qalıb. Növbəti tur mayın 11-də, son matçlar isə 15-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik