“Neftçi”dən ötrü ən ideal TRANSFER namizədi - 100-150 min versələr...

20:00 Neftçi 1 377
“Neftçi”dən ötrü ən ideal TRANSFER namizədi - 100-150 min versələr...

Yuri Vernidubun «Neftçi»yə yeni qapıçı axtardığı, qış fasiləsindən sonra «çərçivə»ni əcnəbi birinə tapşırmaq niyyətinə düşdüyü yazılır.

Olsa, bir söz demərəm. Emil Balayev o güvəni vermir. Son həftələrdə səhvlərə yol verməyib.

Rza Cəfərov isə ilim-ilim itib. Ara-sıra ehtiyat skamyadan meydana tərəfə boylanır və əyləşdiyi yerə qayıdır.

Vernidub hazırda turnir cədvəlinə başçılıq edən komandasının mövsümün ikinci yarısında da uğurlu seriya yaxalamasını, zirvədə qalmasını istəyirsə, arzuladığı qapıçını uzaq-uzaq ellərdə axtarmamalıdır ta.

O, düz gözünün qabağındadır. Rojerio Santos ideal namizəddir.

Portuqaliyalı qapıçı illərin derbisində «Neftçi»nin asan qələbəsini əngəllədi. İlk hissədə etdiyi bir-birindən rəngli qurtarışlarla ev sahiblərinin matçın taleyini fasiləyədək müəyyənləşdirməsinə imkan vermədi.

Bu cür qapıçı ilə Vernidub həm özünü sığortalayar, həm də «Neftçi»ni irəli aparar.

Kriştianu Ronaldonun eloğlusunun «Kəpəz»lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. «Neftçi» istəsə, «Kəpəz» onu 100-150 min dollara buraxar yəqin.

İndidən danışmaq, ağızlarını aramaq lazımdır. Çünki qiyməti üstündədir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti