"Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur"

07:40 Turan 92
"Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur"

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun avrokuboklardan uzaqlaşdırılması barədə UEFA qərarına ilk dəfə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə bu gün jurnalistlərə danışıb:

"Biz keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük. Keçmişə çox boylansaq, elə orada da qalarıq.

Bizim yolumuz ancaq irəliyədir. Biz ruhdan düşməmişik, əksinə, daha enerjili və yeni qüvvələrlə yola davam edirik.

Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaq istəyirik.

Əminliklə deyə bilərəm ki, bu mövsüm keçən ildəkindən daha güclü, daha dinamik və daha keyfiyyətli "Turan Tovuz" görəcəksiniz".

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 03:00 Toy olacaq, toy!