“Gənclərbirliyi" ilə qarşılaşan “Turan”dan 4:0

4 Avqust 01:20 Turan 1 132
“Gənclərbirliyi" ilə qarşılaşan “Turan”dan 4:0

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.

"Turan Tovuz” Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə və hər iki oyun 1:1 hesabı ilə başa çatıb.

Həmçinin Tovuz təmsilçisi Türkiyənin “Iğdır” klubu ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"