Batista fərqləndi, “Turan” Türkiyə klubuna qalib gəldi

1 Avqust 01:00 Turan 963
Batista fərqləndi, “Turan” Türkiyə klubuna qalib gəldi

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün yoxlama matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin komandası “İğdır” ilə qarşılaşıb.

1-ci liqa təmsilçisi ilə görüşdə “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb. Matçdakı yeganə qolu Jo Batista vurub.

“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşıb. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti