Ayrılmaq qərarına gəldi, "Turan" rəhbərliyinin əhvalına soğan doğradı - SON DƏQİQƏ

27 İyul 20:00 Turan 1 599
Ayrılmaq qərarına gəldi, "Turan" rəhbərliyinin əhvalına soğan doğradı - SON DƏQİQƏ

Jo Batista "Turan Tovuz" rəhbərliyinin əhvalına soğan doğrayıb.

İlyarımdır ölkəmizdə çıxış edən braziliyalı hücumçu buradan ayrılmaq qərarına gəlib.

Müqavilə müddətinin 2027-ci ilin yayınadək qüvvədə olmasına baxmayaraq. 31 yaşlı forvard Avropa və Asiyadan daha yaxşı şərtlərlə təkliflər aldığını söyləyərək, getmək niyyətini ortaya qoyub.

Cənubi amerikalı təkcə funksionerlərin baş-beynini aparmır, eyni zamanda, Kurban Berdiyevin gününü qara əskiyə büküb.

Rusiyalı sükançının qapısının ağzından əskik olmayan Batista inandırmağa çalışır ki, onu daha burada saxlamaq faydasızdır. Zorla qalası olsa belə, əvvəlki həvəs və istəklə komandaya kömək etməyəcək.

Batista karyerası ərzində “Moqi Mirim”, “Kapivariano”, “Linense”, “Yuventus-SK” (hamısı Braziliya), “Mito” (Yaponiya),”Sportinq Kovilya” və “Çaveş”in (hər ikisi Portuqaliya) formasını geyinib.

Bu yay avrokuboklara buraxılmayan qərb təmsilçisi ötən günlərdə 5 nəfərlə vidalaşıb. Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı, Sergey Samok və Fərid Yusifli düşərgəni tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"