"Turan Tovuz" 4 gün seçim etdi, 17 nəfəri bəyəndi

08:40 Turan 104
"Turan Tovuz" 4 gün seçim etdi, 17 nəfəri bəyəndi

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, 21 iyul tarixindən başlayan seçimlər 4 gün davam edib.

21-22 iyul tarixlərində 2013, 2014, 2015 və 2016-cı illər, 23-24 iyul tarixlərində isə 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü futbolçuların seleksiyası həyata keçirilib.

Seçimlərdə ölkəmizin bütün bölgələrindən gələn 450-ə yaxın uşaq iştirak edib. 25 nəfərdən ibarət məşqçi heyətinin fərdi və komanda qiymətləndirməsinə əsasən 17 nəfər akademiyaya üzv qəbul olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!