“Fənərbağça” Çempionlar Liqasına qələbə ilə başladı.
Mübarizəyə 2-ci mərhələdən qoşulan Türkiyə nəhəngi öz meydanında Polşa təmsilçisi “Qurnik Zabje”ni 1:0 hesabı ilə məğlub etdi.
“Şükrü Saracoğlu”da keçirilən qarşılaşmanı izləyənlər arasında Azərbaycan Premyer Liqa klubunun başqanı da olub.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev fürsətdən istifadə edərək azarkeşlik etdiyi komandanın oyununu canlı izləmək üçün Kadıköyə yollanıb.
Quliyev üçün VİP-lojada xüsusi yer ayrılıb ki, azərbaycanlı iş adamı arenadakı mənzərəni tam görmək imkanını yaxalayıb.
Matçdan əvvəl azarkeşlərin stadionda yaratdığı möhtəşəm ab-hava Ehtiram bəyin diqqətini çəkincə, o, həmin görüntüləri telefonunun yaddaşına qeyd edib.
Daha sonra sosial şəbəkə hesabındakı izləyiciləri ilə bölüşüb.
Buyurun, siz də baxın.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

