"Sumqayıt" "Keşlə" üzərində qələbəni əldən verdi - VİDEO

29 Fevral 2020 19:28 Sumqayıt 745
"Sumqayıt" "Keşlə" üzərində qələbəni əldən verdi - VİDEO

Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Sumqayıt" "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edib.

Gənc referi Kamal Umudlunun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Matçda hesab erkən açılıb. 4-cü dəqiqədə Peyman Babayi meydan sahiblərini hesabda önə çıxarıb.

Bununla da Babayi çempionatda 7-ci qolunu vuraraq bombardirlər siyahısında "Neftçi"dən Stiven Monroz və "Qarabağ"dan Mahir Emreliyə çatıb. 10-cu dəqiqədə "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli gözəl qolla hesabı bərabərləşdirib.

Fasilədən sonra da qapılara iki qol vurulub. 59-cu dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə "gənclik şəhəri" təmsilçisini yenidən önə çıxarıb.

Lakin 80-ci dəqiqədə paytaxt komandasının kapitanı Slavik Alxasov uzaqdan zərbə ilə bərabərliyi təmin edib.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!