100-cü məğlubiyyəti “Neftçi”dən aldılar - Doğma el-oba içində

08:20 Sumqayıt 91
100-cü məğlubiyyəti “Neftçi”dən aldılar - Doğma el-oba içində

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünə ev məğlubiyyəti ilə start verib.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə uduzub.

Bu, klub tarixinə Premyer Liqada 100-cü ev məğlubiyyəti kimi düşüb. “Sumqayıt” öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb.

Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan “Sumqayıt” bu göstəricidə “100”ə çatan ilk klubdur.

“Sumqayıt”ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də “Qəbələ” ilə matça təsadüf edib – 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!