Klubun şefi bu təyinata biganə qalmadı - FOTOLAR

16 Oktyabr 2024 01:10 Sumqayıt 1 766
Klubun şefi bu təyinata biganə qalmadı - FOTOLAR

"Sumqayıt"ın baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov klub prezidenti Riad Rəfiyev tərəfindən kollektivə təqdim olunub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha sonra 35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb.

Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, "Azərikimya" İB-nin baş direktoru Elnur Məmmədli də olub.

Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!