COP29

Millimizin YENİ SİMASI: "Məni yaxından tanıyanlar bilir ki..."

15 Noyabr 2023 19:40 Sumqayıt 1 688
Millimizin YENİ SİMASI: "Məni yaxından tanıyanlar bilir ki..."

Canni De Byazi Avro-2024-ün seçmə mərhələsinin İsveç və Belçika yığmaları ilə matçları üçün çağırdığı 27 nəfərlik siyahıda yeni ad diqqətdən qaçmadı.

Söhbət "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadədən gedir.

Gənclər millimizin aparıcı üzvü karyerasında ilk dəfə ölkənin A milli komandasına layiq görülüb.

21 yaşlı orta xətt oyunçusu artıq De Byazinin rəhbərliyi altında ilk məşqə də çıxıb.

O, bütün başverənlər barədə təəssüratlarını bizimlə bölüşüb:

"Milli komandaya dəvət olunmaq çox gözəl hisdir. Məni yaxından tanıyanlar bilir ki, milli komandaya dəvət olunmağı çox istəyirdim.

Şükürlər olsun Allaha. Deməli, bu günə qismət imiş.

Özümü yaxşı hiss edirəm. Baş məşqçi məni xoş qarşıladı. Ümumi vəziyyətimlə yaxından maraqlandı. İnşallah, hər şey yaxşı olar".

Abdullazadə həqiqətən bu mövsüm uğurlu start götürüb. Bunun məntiqli nəticəsi olaraq, davamında Azərbaycan milli komandasına dəvət olundu. Görəsən, futbolçunun oyunundakı müsbət inkişaf dinamikası nə ilə bağlıdır?

Səbuhini dinləyək:
"Baş məşqçimizin dediklərininin eynisini etməyə çalışıram. Səhv etdiyim şeyləri deyirlər və onları düzəltməyin üzərində işləyirəm.

Yaxşı olanda belə bunun stabil olması üçün mübarizə aparıram. İnkişafımda bu məqamlar xüsusi rol oynayır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı