“Sumqayıt” şikayət ünvanlayacaq - AFFA-nın bu qərarından narazıdır

21 Sentyabr 03:40 Sumqayıt 468
“Sumqayıt” şikayət ünvanlayacaq - AFFA-nın bu qərarından narazıdır

"Sumqayıt” Samir Abasovla bağlı AFFA-ya apellyasiya şikayəti ünvanlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.

O, baş məşqçinin Azərbaycan Premyer Liqasının altıncı turu çərçivəsində baş tutan "Zirə” - "Sumqayıt” matçında cəzalanan baş məşqçinin cəzasının yüngülləşdirilməsi ilə bağlı AFFA-nın Apelyasiya Arbitraj Tribunalına müraciət ünvanlayacaqlarını deyib:

"Dünən Samir Abasov açıqlamasında məsələ ilə bağlı AFFA-ya müraciət edəcəklərini bildirmişdi. Mən də klubun idman direktoru Faiq Hacı-Məhərrəmovla danışdım.

O bildirdi ki, müzakirələr aparılır və böyük ehtimalla AFFA-ya müraciət olunacaq. Nə zaman müraciət olunacağı ilə bağlı məlumatım yoxdur”.

AFFA-nın İntizam Komitəsinin qərarına əsasən "Zirə” ilə oyunda Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla, beşoyunluq cəzaya məruz qalmışdı.

Bununla yanaşı, "Sumqayıt” 4000 manat cərimə edilmişdi. Abasovun cəzası ilə bağlı sınaq müddəti isə üç ay təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu