Klub prezidenti futbolçulardan nə istədi, nə vəd etdi?

15 Mart 2023 14:40 Sumqayıt 606
Klub prezidenti futbolçulardan nə istədi, nə vəd etdi?

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev komanda üzvləri ilə görüş keçirib.

Premyer Liqanın son turlarında qeydə alınan nəticələr burada müzakirə olunub.

Klubun rəhbəri qeyri-sabit göstəricilərdən narahatlığını ifadə edib, komandanın qarşısına qoyulan məqsədi xatırladıb.

Rəfiyev bildirib ki, çempionat gərgin keçir, I Diviziona düşmək istəməyən kolektivlər arasında mübarizə özünün pik nöqtəsinə doğru getməkdədir.

O, əmin olduğunu deyib ki, «Sumqayıt» bu yarışmada öz sözünü deyəcək və növbəti mövsümə də Premyer Liqada başlayacaq.

Klubun birinci şəxsi «kimyaçılar»dan əzmkarlıq göstərmələrini istəyib.

Prezident qeyd edib ki, öhdəlik yerinə yetirilərsə, oyunçularla müqavilə miüddəti yenilənəcək və onlar daha yaxşı şərtlərlə burada qalacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?