"Sumqayıt"da bu paylaşım fanatları hərəkətə gətirdi: "Babat da oynayırsız axı, sizə..."

3 Dekabr 2022 21:20 Sumqayıt 990
"Sumqayıt"da bu paylaşım fanatları hərəkətə gətirdi: "Babat da oynayırsız axı, sizə..."

Bir neçə gün əvvəldən xəbər vermişdik ki, "Sumqayıt" komandası uzun fasilədən sonra daha müasir avtobusla təmin olunub.

Dünən isə klub öz sosial şəbəkə hesabından bu barədə izləyicilərə paylaşım etdi.

Üzəri klubun rəngləri ilə bəzədilən yeni nəqiliyyat vasitəsi kifayət qədər cəlbedici görüntü yaradıb.

Səhifə izləyiciləri isə yalnız xoş mənzərə yox, həm də digər məqamlar barədə maraqlı şərhlər yazıb. Kimisi avtobusa layiq futbolçunun yoxluğunu, kimisi də aşkarladığı nöqsanları dilə gətirib:

"Oyununuza da yeni bir dizayn gətirsəniz yaxşı olardı".

"Kaşki yeni stadionda klubun forma rəngləri də olardı. Mavi rəng bir növ adət halına çevrilib. Kreativ bir şeylər də fikirləşmək olardı".

"Seriya nömrəsi 50 ilə olsa yaxşı olardı. Məsələn, 50***500 kimi".

"İnşallah, hər zaman qələbələrə doğru aparar".

"Babat da oynayırsız axı. Sizə qazel lazımdır".

"İçində ki futbolçu yoxdur...".

"Bircə qaldı yaxşı oyun".

"Sumqayıt sözünü daha gözəl yazmaq olmazdı? Belə kobud görsənir".

"Maşını bəzəmək lazım deyil, oyunları bəzəmək lazımdır".

"Təkərləri də rəngləsəniz lap qəşəng olar".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti