"Sumqayıt" Kabo-Verde millisinin müdafiəçisi Steven Pereyranı heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, Rotterdamda dünyaya gələn Pereyra “Zvolle”də oynadıqdan sonra müvafiq olaraq “Maastrixt”, ÇSKA(Sofiya), “Santa Klara”, “Akademiko de Vizeu”, “Oliveyrense” və “Maritzburq” klublarında çıxış edib.
28 yaşlı futbolçu Kabo-Verde millisinin də üzvüdü.
Onun 2022-ci ildə çıxdığı oyunlardakı performanslarından hazırlanmış videosunu təqdim edirik: