500 manat almaq üçün - 15 tur gözləməyin əvəzi

11 May 2022 16:00 Sumqayıt 852
500 manat almaq üçün - 15 tur gözləməyin əvəzi

“Sumqayıt” qələbə həsrətinə son qoyub.

Aleksey Baqanın komandası Premyer Liqanın XXVI turunda qalib gəlib.

“Gənclik şəhəri” təmsilçisi öz meydanında “Şamaxı”nı yenib – 2:0. Bununla da 15 matçlıq qələbəsizlik başa çatıb.

Sumqayıtın eyniadlı təmsilçisi sonuncu dəfə ötən il qalib gəlib. Oktyabrın 31-də evdə “Səbail”i 2:0 hesabı ilə məğlub edən komanda 190 gündən sonra qələbə qazanıb.

Bu müddətdə “Sumqayıt” nəinki 15 çempionat qarşılaşmasında heç kubokdakı 2 sınaqda da qələbə görməyib.

Bu, həm də Aleksey Baqanın Azərbaycanda ilk uğurudur. Qış fasiləsində Ayxan Abbasovu əvəzləyən belaruslu əvvəlki 10 çempionat və 2 kubok görüşündə görmədiyini 13-cü - nəhs matçında bayram edib.

“Kimyaçılar“ın bundan qazancı da bəllidir. Belə ki, qələbədə iştirakçıların olanların hər birinə 500 manat ödənilməsi lazım bilinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti