Həkimlər millinin müdafiəçisinə PİS XƏBƏR VERDİ

28 Sentyabr 2021 16:00 Sumqayıt 759
Həkimlər millinin müdafiəçisinə PİS XƏBƏR VERDİ

Azərbaycan Premyer Liqasının 5-ci turunun "Qəbələ" ilə qarşılaşmasında zədələnən “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun zədəsi ciddidir.

Bu barədə Sportinfo.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib:

"MRT müayinəsi aparıldı. Çapraz bağlarında qismən qopma var. Yaxın 2-3 gün ərzində həkimlərlə məsləhətlmələrdən sonra qərar veriləcək.

Görünən odur ki, Elvin uzun müddət yaşıl meydanlardan kənar qalacaq".

Millinin üzvü qolsuz başa çatan oyunun 20-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və Elton Turabovla əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti