
“Qarabağ”la “Qalatasaray” arasında baş tutacaq yoldaşlıq görüşü ölkədə geniş müzakirələrə yol açıb.
Sual doğuran məqamlardan biri “sarı-qırmızılar”ın Bakıda hansı oteldə məskunlaşacağıdır.
Türkiyə nəhəngi bu mənada seçimini edib. “Qalatasaray” paytaxtımızın dəbdəbəli otellərindən olan “Fairmont”da (Alov qüllələri) qalacaq.
Martın 25-də və 26-da sözügedən mehmanxanada təhlükəsizlik tədbirləri son dərəcə gücləndiriləcək.
Qeyd edək ki, yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
HƏBİB