Çempionata dönən kluba lazım olmayanlar 3-ə çatdı

31 May 2024 08:40 Şamaxı 978
Çempionata dönən kluba lazım olmayanlar 3-ə çatdı

“Şamaxı” daha iki futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, geridə qalan mövsümün əvvəlində icarə əsasında bölgə təmsilçisinə qoşulan müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımov icarə müddəti başa çatdığı üçün müqavilə ilə məxsus olduqları klublara geri dönüb.

Damadayev “Qəbələ”dən, Qasımov isə “Turan Tovuz”dan icarəyə götürülmüşdü.

“Şamaxı” I Liqada 2023/2024 mövsümünü çempion bitirib. Klub bu gün qapıçı Əkpər Vəliyevlə də yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti