Milli komandamızın kapitanı "Neftçi"dən ayrılıb, bölgə klubuna pənah apardı

16 İyun 2024 16:05 Şamaxı 8 151
Milli komandamızın kapitanı "Neftçi"dən ayrılıb, bölgə klubuna pənah apardı

Transfer çalışmalarını sürətləndirən "Şamaxı" bu dəfə "Neftçi"nin üzvü ilə güclənib.

Bölgə klubu "ağ qaralar"ın gənc yetirməsi Rüfət Abbasovla anlaşıb.

Paytaxt təmsilçisi ilə müqaviləsi başa çatan arxa xətt oyunçusu "Şirlərin"in düşərgəsinə sərbəst futbolçu kimi qoşulub.

19 yaşlı müdafiəçi əsas komandada 2 matça çıxıb.

O, "Neftçi-2" komandası ilə Əvəzedivilər Liqasının son qalibi adını qazanıb.

Abbasov bütün aşağı yaş milli komandalarımızın formasını geyinib.

Hazırda isə 21 yaşadək millimizin kapitanıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti