Onları çempion edən məşqçilər heyəti ilə yolları ayırdılar

5 İyun 2024 01:00 Şamaxı 1 687
Onları çempion edən məşqçilər heyəti ilə yolları ayırdılar

2024/25 mövsümündə Premyer Liqada mübarizə aparacaq “Şamaxı” növbəti mövsümün hazırlıqlarına davam edir.

Sportinfo.az xəbər verir ki, klub məşqçilər heyəti ilə yollar ayrılıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb.

"Şamaxı" hər üç məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Şamaxı" bundan əvvəl baş məşqçisi Ramiz Məmmədovla, futbolçulardan isə Əkpər Vəliyev, Süleyman Damadayev ("Qəbələ"), Elçin Qasmov ("Turan Tovuz"), Əbil Əbilov və Əli Mürsəlovla yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti