COP29

Ötən həftə istefaya gedən baş məşqçi yeni iş yeri barədə AÇIQLAMA VERDİ

4 İyun 14:40 Şamaxı 2 833
Ötən həftə istefaya gedən baş məşqçi yeni iş yeri barədə AÇIQLAMA VERDİ

«Hələ heç nə məlum deyil, gəlin, bir neçə gün də gözləyək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

Bir neçə gün əvvəl Tovuz klubundan ayrılan 42 yaşlı mütəxəssis «Şamaxı»dan təklif aldığını, lakin hələ ortada konkret razılıq olmadığını bildirib:

"Şamaxı" rəhbərliyi ilə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Tam əminliklə nəsə demək olmaz.

Çünki bir-birimizə verəcəyimiz bəzi suallar hələ açıq qalıb. İndidən 100 faiz nəsə demək mümkün deyil.

Mən də bu barədə fikirləşirəm, onlar da. Bildiyimə görə, başqa namizədlər də var. İstənlən halda gözləmək lazımdır".

"Şamaxı" Premyer Liqada iştirak hüququ qazandıqdan sonra baş məşqçi Ramiz Məmmədov postundan ayrılıb.

O, Şamaxı təmsilçisinin İdarə Heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?