“Yarpaq tökümü” gücləndi, ayrılan oyunçuların sayı 5-ə çatdı

4 İyun 2024 01:20 Şamaxı 1 539
“Yarpaq tökümü” gücləndi, ayrılan oyunçuların sayı 5-ə çatdı

2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Şamaxı"da növbəti ayrılıq reallaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubu mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi futbolçusu Əli Mürsəlovla yollarını ayırıb.

23 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

"Şamaxı" Ə.Mürsəlova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Şamaxı" daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev ("Qəbələ"), Elçin Qasmov ("Turan Tovuz") və Əbil Əbilovla yollarını ayırıb.

Xəbər Lenti