COP29

Stadiona gələnlər yaşlı kişinin bu hərəkətini heyrət içində izlədi - VİDEO

25 May 09:40 Şamaxı 432
Stadiona gələnlər yaşlı kişinin bu hərəkətini heyrət içində izlədi - VİDEO

I Liqada növbəti mövsüm başa çatdı. Çempionluq uğrunda mübarizə aparan 5 komandanın rəqabətindən «Şamaxı» qalib ayrıldı.

Ramiz Məmmədovun çalışdırdığı «şirlər» son turda «Araz Saatlı»nı 3:1 udmaqla, ən yaxın izləyicisi olan «Qaradağ Lökbatan»ı qabaqladı.

Premyer Liqaya qayıdış yalnız klub rəhbərliyini, məşqçi və futbolçuları sevindirmədi. Şamaxı futbol rayonu olmasa da, bu idman növünə maraq göstərən azarkeşlər də az deyil.

Onlardan biri də videoda gördüyünüz yaşlı şəxsdir. «Şamaxı»nın bütün oyunları vaxtı özünü stadiona yetirən qoca fanat «Araz»la qarşılaşmadan sonra da diqqət mərkəzinə düşüb.

O, «Azərbaycan futbolu çiçək açır Şamaxı»da yazılmış plakatı yuxarı qaldıraraq, klub sektoruna dair müxtəlif fikirlər səsləndirib. Ətrafda olanlar onun sözlərinə biganə qalmayıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"