COP29

Çempionluqda baş məşqçinin “unudulmasının” maraqlı səbəbi var imiş

24 May 23:00 Şamaxı 1 025
Çempionluqda baş məşqçinin “unudulmasının” maraqlı səbəbi var imiş

Birinci Liqanın qalibi adını “Şamaxı” qazandı.

“Araz Saatlı” ilə oyunda qələbə istəyinə çataraq Premyer Liqaya yüksələn bölgə komandası klubun sosial media səhifələrində çempion kimi təqdim olundu.

Hazırlanmış posterdəki boşluq görənlərin diqqətini çəkməyə bilməzdi. 22 futbolçunun yer aldığı şəkildə uğurun memarı Ramiz Məmmədova yer tapılmayıb.

Halbuki dünya təcrübəsində bu cür posterlər hazırlanarkən baş məşqçinin ən üst pillədə dayandığına az rast gəlməmişik. Lakin “Şamaxı”nın hazırladığı fotoda Məmmədovun rəsmi əks olunmayıb.

Müəmmaya aydınlıq gətirmək üçün “şirlər”in mətbuat katibi Yusif Hüseynlə əlaqə saxlayanda məlum oldu ki, vəziyyətin bu cür olmasının xüsusi səbəbi var:

“Bildiyiniz kimi, komanda mövsümə Vüqar Əsgərlinin rəhbərliyi altında hazırlaşmışdı. Üstəlik, mövsümün ilk dövrəsindəki 9 oyunda baş məşqçi o idi.

Ramiz Məmmədov baş məşqçi postuna mövsümün gedişində yiyələndiyindən, posterlə bağlı məsələ bizi çox düşündürdü. Yekunda fotonu bu formada təqdim etməyi qərara aldıq”.

Təbii ki, son dərəcə alqışalayiq haldır. Çempionluqda Vüqar Əsgərlinin zərrə qədər də xidməti varsa, məlum uğuru birbaşa Ramiz Məmmədovun adı ilə bağlamaq doğru olmazdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!