COP29

1 illik fasilədən sonra yenidən Premyer Liqada

22 May 18:00 Şamaxı 915
1 illik fasilədən sonra yenidən Premyer Liqada

Bu gün Azərbaycan 1-ci liqasında 2023-2024 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, çempion komanda məhz sonuncu - 27-ci turda bəlli olub.

Lider "Şamaxı"ı autsayder "Araz Saatlı"nı 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 57-yə çatdırıb.

Bununla da komanda 2-ci yerdəki "Qaradağ Lökbatan"ı 2 xal qabaqlayaraq 1-ci liqanın çempionu olub. Beləliklə, "Şamaxı" növbəti mövsüm yenidən elitada oynamaq hüququ əldə edib.

Bu komanda 2022/23 mövsümündə də Premyer Liqada oynayıb.

22 may (çərşənbə)

MOİK – “İmişli” - 2:1

Qollar: Ramil Orucov, 32, Nihad Qurbanlı, 83 - Maksud Ələkbərov, 39
Binə qəsəbə stadionu

"Şamaxı” – “Araz Saatlı” - 3:1

Qollar: Davud Mahmudov, 9-avtoqol, Bəhruz Teymurov, 57, Emin Zamanov, 90+6-pen. - Abdulla Seydəhmədov, 61
Şamaxı şəhər stadionu (PFL TV/canlı)

“Mingəçevir” – “Qaradağ Lökbatan” - 2:2

Qollar: Elvin Əlizadə, 57, 90+5 - Xəlil Bəşirov, 11, Mehdi Tahirov, 27
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

“İrəvan” – “Karvan” - 3:8

Qollar: Vüsal Əsgərov, 19-pen; Fərid Kərimzadə, 45, 67 - Peter Kinqs, 9, 78, Emil Qasımov, 24, 40, 48, Ruslan Süleymanov, 28, İsmael Sanoqo, 80, 88
“ASK Arena” (PFL TV/canlı)

“Difai Ağsu” – “Zaqatala” - 1:1

Qollar: Kamil Hüseynov, 87 - İbrahim Qədirzadə, 82
Ağsu şəhər stadionu (PFL TV/canlı)

N Klublar O Q H M T-F X
1 Şamaxı 27 16 9 2 60-22 57
2 Qaradağ Lökbatan 27 15 9 3 46-21 54
3 İmişli 26 13 8 5 37-19 47
4 MOİK 26 13 7 6 51-27 46
5 Karvan 26 12 5 9 32-31 41
6 Zaqatala 26 7 9 10 30-33 30
7 İrəvan 26 8 3 15 29-51 27
8 Mingəçevir 26 7 5 14 18-37 26
9 Difai Ağsu 26 5 7 14 32-42 22
10 Araz Saatlı 26 4 1 21 27-77 13

Bombardirlər:

Elmir Rəhimzadə (MOİK) - 16 qol
Elşad Tağıyev ("Şamaxı") - 15 qol
Emin Zamanov ("Şamaxı") - 13 qol
Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 11 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 11 qol
Xəzər Mahmudov ("İmişli") - 9 qol

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!