Azərbaycan klubu legionerindən 3000 manatlıq ziyan gördü

18 Aprel 2024 23:20 Şamaxı 606
Azərbaycan klubu legionerindən 3000 manatlıq ziyan gördü

Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in legioneri Adil Mehremiçin cəzası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı bosniyalı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində hakimi təhqir etməsi səbəbindən qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.

Buna görə “Səbail”in 3000 manat cərimələnib.

Cəzanın sınaq müddəti 3 ay təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM