Birnəfəsə çempion olacağı proqnozlaşdırılan "Şamaxı"nın dərdi nədir?

2 Aprel 16:40 Şamaxı 415
Birnəfəsə çempion olacağı proqnozlaşdırılan "Şamaxı"nın dərdi nədir?

Adətən aşağı liqa klublarında olan şəraitsizlikdən şikayətlənirik.

Əksəriyyətinin bazası, avtobusu, normal meydançası belə yoxdur.

Amma sadalanların heç biri "Şamaxı"ya aid deyil.

Bu gün bölgə klubu Birinci Liqada ən yaxşı şəraitə sahibdir.

Futbolçulara Premyer Liqa klubunun imkanları yaradılıb.

Ən lüks avtobusda oyunlara gedib-gəlirlər.

Çox yaxşı şəraitə sahib "Şirvan" otel-kompleksində məskunlaşırlar.

Gündə 3 dəfə qidalanma öz yerində.

Hər oyuna normal mükfata da təyin olunub. Təbii ki, qələbə müqabilində.

Bir sözlə, futbolçuların rahatlığı üçün bütün imkanlar yaradılıb.

Qalır bircə qələbələri sırlamaq və lider kimi yenidən Premyer Liqaya qayıtmaq. Bu isə futbolçuların boynuna biçilən işdir.

Amma onlar da üzərinə düşən işi görməkdə məsuliyyətsizlik edirlər.

Məşqçi vəı futbolçu heyəti hələki ümidləri doğrultmur.

Mövsümün əvvəli birnəfəsə çempion olacağı proqnozlaşdırılan "Şamaxı" sona 8 tur qalmış liderdən 4 xal geri qalır.

Ciddi fərq deyil, ancaq əldə edilən nəticələr ciddi həyəcan siqnalıdır.

Belə gedişat komandanı sonda yüksək liqadan uzaq salacağı gün işığı kimi aydındır.

Onda da hər kəs məntiqli olaraq rəhbərliyi qınayacaq, tənqid atəşinə tutacaq.

Deyən olmayacaq ki, rəsmilər qələbə qazanmaq üçün lazım olan hər addımı atıb. Daha bacarıqsız futbolçuların da yerinə meydana çıxıb, qol vurası deyillər ki...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti