Premyer Liqaya qayıdan klub yeni baş məşqçi tapdı – SON DƏQİQƏ

3 İyun 2024 11:20 Şamaxı 7 511
Premyer Liqaya qayıdan klub yeni baş məşqçi tapdı – SON DƏQİQƏ

Ötən həftə «Turan Tovuz»dan ayrılan Ayxan Abbasovun işsiz günləri uzun sürməyib.

43 yaşlı mütəxəssis fəaliyyətini «Şamaxı»da davam etdirəcək.

Birillik fasilədən sonra Premyer Liqaya qayıdan əyalət klubunun rəhbərliyi onunla görüşüb və anlaşma əldə olunub. «Pro» kateqoriyalı mütəxəssislə «şirlər»lə 2 illik müqavilə imzalamağa razılaşıb.

Şamaxının eyniadlı komandası dünən baş məşqçisi Ramiz Məmmədovla yollarını ayırıb.

Qərar klubun İdarə Heyətinin iclasında qəbul edilib.

«Şirlər»ə I Liqanın çempionluğunu qazandıran R.Məmmədov "Şamaxı"da İdarə Heyətinin sədr müavini kimi vəzifəsini davam etdirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti