"Oyundan sonra mətbuat xidmətinin rəhbəri bəd xəbər verdi"

22 May 2023 19:50 Şamaxı 962
"Oyundan sonra mətbuat xidmətinin rəhbəri bəd xəbər verdi"

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 35-ci turunun "Qəbələ" ilə (0:0) matçından sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb.

- Əks-hücumlarda oynamağa çalışırdıq. "Qəbələ"yə də xal lazım idi, ehtiyatlı oynadılar. Təəssüflər olsun ki, qalib gələ bilmədik. Amma futbolçularım əzmkarlıq nümayiş etdirdi. Hər şey son tura qaldı. "Səbail" haqda çox danışmaq olar. Son turlarda möhtəşəm oynayırlar. Yaxşı legionerləri, yerliləri var. Bizi finalda da çətin oyun gözləyir. Bu matçı unudub, sabahdan "Səbail"lə görüşə hazırlaşacağıq.

- Tovuzdakı matçda "Səbail"in son dəqiqədə vurduğu bərabərlik qolunu necə qarşıladız?

- Sözün düzü, heç baxmırdıq hesaba. Bütün məşqçilər bir-birimizə söz vermişdik ki, sırf oyunumuza köklənək. Oyundan sonra mətbuat xidmətinin rəhbəri bəd xəbər verdi. Futboldur da.

- Premyer Liqada qalmaq üçün son görüşdə qalib gəlməlisiniz. Psixoloji gərginlik ola bilər?

- Düzdü, evdə oyunlarımız çox yaxşı alınırdı. Azarkeşlərimiz sağolsunlar, dəstək olurdular. İnanırıq ki, azarkeşlərimiz bizi "Bayıl Arena"da tək qoymayacaq. Finala bərabər oyuna çıxacağıq. İstəyərdik ki, yanımızda olsunlar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu