Güclü qar Azərbaycan klubunun planlarını necə pozdu? - FOTO

5 Fevral 2023 21:40 Şamaxı 773
Güclü qar Azərbaycan klubunun planlarını necə pozdu? - FOTO

Azərbaycan Premyer Liqasının 21-ci turunun maraqla gözlənilən qarşılaşmalarından biri sabah Şamaxıda baş tutacaq.

Burada yerli komanda “Turan Tovuz”u qəbul edəcək.

Oyunun əhəmiyyəti böyükdür.

Bu, tərəflərin qonşu pillələrdə qərar tutmasından irəli gəlir. Və aralarında cəmi 2 xallıq fərq var.

“Şamaxı” 3 xalı aktivinə yazacağı halda mövsümdə ilk dəfə ilk “altılıq”da qərar tutmuş olacaq.

Amma oyuna hazırlıq heç də məşqçilər korpusunun planlaşdırdığı kimi getmir.

Buna səbəb Şamaxıya yağan güclü qar olub.

Şamaxı şəhər stadionun “ağ libas”a bürünməsi komandanın bir neçə məşqini zalda keçirməsinə səbəb olub.

Bundan başqa kapitan Elvin Məmmədovun zədəsini hələ də tam sağaltmaması məşqçiləri narahat edən ciddi məsələdir. Yəqin ki, təcrübəli sima hələ bir neçə tur da komanda yoldaşlarına meydanda kömək edə bilməyəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Turan Tovuz” matçı 6 fevral, saat 14:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"