"Şamaxı"nın baş məşqçisi də legioner gətirmək fikrindədir – Amma şərti var

27 Avqust 2022 16:00 Şamaxı 801
"Şamaxı"nın baş məşqçisi də legioner gətirmək fikrindədir – Amma şərti var

«Şamaxı»da legionerlərdən istifadə məsələsi yenidən gündəmə gəlib.

Premyer Liqanın ilk 3 turunda qeydə alınan nəticələr bölgə təmsilçisini ənənəvi mövzu barədə dərindən düşünməyə vadar edib.

«Neftçi» və «Qəbələ»yə uduzan, «Səbail»lə heç-heçəyə imza atan komandanın qış fasilədən sonra əcnəbi futbolçuların hesabına gücləndirilməsi gündəmdədir.

De-fakto baş məşqçi səlahiyyətlərini yerinə yetirən Cavid Hüseynov da bu fikri ikiəlli dəstəkləyir. Sadəcə, o, qiyməti və səviyyəsi aşağı legionerlərə dəvət göndərmək niyyətində olmadığını bildirib.

Hüseynov funksonerlərlə söhbətdə qeyd edib ki, ölkə xaricindən dəvət olunacaq oyunçular komandanı öz arxasınca aparmayacaqsa, onlara ayda 2000-3000 dollar xərcləməyin mənası yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu