Azərbaycan klubunun 200 min manatı “batdı” – İCLASIN GÜNDƏMİ

12 Fevral 2022 19:00 Şamaxı 1 481
Azərbaycan klubunun 200 min manatı “batdı” – İCLASIN GÜNDƏMİ

“Keşlə” ötən mövsüm qazandığı ölkə kubokuna görə mükafat almayacaq.

Komanda üzvlərini aylardan bəri düşündürdüyü bu məsələyə klubdaxili toplantıda aydınlıq gəlib.

Məşqçi və futbolçularla görüş keçirən rəsmilər 200 min manatın ödənilməyəcəyini elan edib. Onlar bunun səbəbini büdcədə vəsait çatışmazlığı ilə əlaqələndirib.

Bildirilib ki, “Sumqayıt” üzərində qazanılan 2:1 hesablı qələbəyə görə vəd olunan məbləği əldə etmək istiqamətində görülən işlər nəticə verməyib.

Bununla belə, rəsmilər komandadan toparlanmağı və Premyer Liqanın qarşıdakı turlarına ciddi hazırlaşmağı istəyib.

Deyilib ki, çemıpionatda qeydə alınacaq hər uğurlu nəticəyə görə yüksək mükafat ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!