Klub rəhbərliyi təcili toplandı, bu qərarlar verildi

12 Fevral 2022 11:40 Şamaxı 1 552
Klub rəhbərliyi təcili toplandı, bu qərarlar verildi

«Keşlə» dünən «Qarabağ»a uduzaraq, ölkə kubokunda mübarizəni erkən dayandırdı.

¼ final mərhələsinin cavab görüşündə qeydə alınan hesab klub rəhbərliyinə daha çox pis təsir edib.

Komandanın qapısında 6 cavabsız qol görməsi təcili məşvərət keçirilməsini zərurərətə çevirib.

Bir araya gələn idarəçilər ayrı-ayrı futbolçuların cərimələnməsi, həmçinin Sənan Qurbanovun baş məşqçi postundan uzaqlaşdırılması ətrafında müzakirələr aparıb.

Rəhbərikdə təmsil olunanlar yeni çalışdırıcı axtarışına çıxmaq yönündə fikir birliyi nümayiş etdirib.

Qərara alınıb ki, bu məsələ ən qısa zamanda həllini tapsıın və anlaşma əldə olunan gün Qurbanovla müqaviləyə xitam verilsin.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti