"Keşlə" nəhayət, mart ayından Premyer Liqadakı matçlarını "Şamaxı" adı ilə eyniadlı rayonda keçirəcək.
Məlum qərardan sonra artıq klubdaxili narazılıqlar artmağa başlayıb.
Öncə əksər əcnəbi və bəzi yerlilərin bölgəyə köçməyə qarşı olduğunu xəbər vermişdik.
Bu dəfə onların sırasına fanatlar da qoşulub. Belə ki, uzun illərdi Paytaxt klubuna könül verən "Old Wolf" azarkeş qrupunun bir çox üzvü tribuna fəaliyyətini dondurmağa qərar verib.
Hətta azarkeş qrupunun ümumiyyətlə, fəaliyyətini dayandırması da gözlənilir.
Düzdü, fanklub bu adla çox qısa müddətdir fəaliyyət göstərir. "Old Wolf" banneri 2018-ci ildən tribunalara "ayaq açıb". Amma qrupun fəaliyyəti komandanın adının "İnter" olan vaxtlarından başlayır. Hətta onların arasında komanda "Xəzər Universiteti" adlanan vaxtdan fanatlıq edənlər də var.
SPORTİNFO.AZ

