Martdan etibarən «Şamaxı» adlanacaq «Keşlə»də hazırlıq işləri görülür.
Dəyişiklik ərəfəsində olan klubda bəzi məsələlər açıq qalıb ki, onların da müzakirəsi vacibdir.
Bunlardan biri də əyalətdə çıxış etmək istəməyən futbolçularla bağlıdır. Belə ki, legionerlərin ailələrini rayona aparmaqdan imtina eləməsi məlumdur. Yerlilərdən də məkan dəyişikliyinə soyuq yanaşanlar var.
Problemin miqyasını nəzərə alan idarəçilər müqaviləsi bitmək üzrə olan oyunçularla danışıqları dayandırıb.
Onlara bildirilib ki, bu məsələyə mayın sonu, iyunun əvvəlində qayıdacaqlar. Həmin vaxt büdcədə artım gözlənilir. Amma bu artımın nə qədər təşkil edəcəyi bilinmir.
SPORTİNFO.AZ

