«Keşlə» mart ayından «Şamaxı» adını alacaq. AFFA bununla əlaqədar UEFA ilə apardığı hüquqi prosedur başa çatmaq üzrədir.
Federasiya paytaxt təmsilçisinin elə gələn aydan etibarən rəqiblərini Şamaxıda qəbul etməsini istəyir.
Bu, sadəcə, istəkdir, problemlər isə qalmaqdadır. Ən başlıcası, yerləşim baxıınından.
Legionerlər Şamaxı Olimpiya Kompleksinə aid oteldə qalmaqdan boyun qaçırıb. Əcnəbi futbolçular ailələrini bura gətirmək fikrində olmadıqlarını bildiriblər.
Şəhərin özündə onlara villa tutmaq da kluba sərf etmir. Qiymətlər bahadır deyə.
Odur ki, klub rəhbərliyi komandanın mövsümü Bakıda vurması üçün AFFA ilə danışıqlar aparır. Bu da alınmasa, «Şamaxı» yalnız oyundan-oyuna yeni məkana yollanacaq.
SPORTİNFO.AZ

