Kapitandan böyük üzüntü: "İki gündü aldığım qırmızı vərəqənin  əziyyətini çəkirəm"

8 Fevral 2022 23:20 Şamaxı 802
Kapitandan böyük üzüntü: "İki gündü aldığım qırmızı vərəqənin  əziyyətini çəkirəm"

"Əlbəttə, azlıqda qalmağımız rəqib üçün əlavə stimul oldu. "Zirə" də çalışırdı ki, bundan istifadə eləsin. Sonda istəklərinə də çatdılar".

Bunu Sportinfo.az-a açıqlamasında "Zirə"yə məğlubiyyət haqqında danışan "Keşlə"nin kapitanı İlkin Qırtımov deyib.

Həqiqətən də vərəqəyə kimi meydanda bərabər oyun gedirdi. Bəlkə də məlum epizod yaşanmasaydı "Zirə" xal itirəcəkdi. Oyundakı yeganə qol da məhz kapitanın meydandan qovulmasından sonra vuruldu.

Qırtımov komandasını azlıqda qoyduğu üçün böyük üzüntü keçirdiyini, amma aldığı vərəqədə hakimin qərəzi olduğunu sözlərinə əlavə edib:

"İkinci sarı vərəqəyə bir sözüm yoxdur. Sadəcə oyunun əvvəlindən hakim bizim komandaya ard-arda vərəqələr verirdi. İlk sarı vərəqəmdə rəqib kapitan sarğısını dartıb qolumdan çıxarırdı. Mən də onu göstərirdim ki, yaxındasan bunu görməlisən. Həmin epizodda vərəqənin dəxli yox idi.

Baş məşqçimiz də qırmızı vərəqəyə görə mənə heç nə demədi. O da bilir ki, mən uşaq deyiləm. Özüm özümdə iki gündü aldığım qırmızı vərəqənin əziyyətini çəkirəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti