Bəhanəyə vaxtı olmayan Qurbanov və ya canlı "divarlar"ı kim düzəldəcək?

8 Fevral 2022 09:40 Şamaxı 875
Bəhanəyə vaxtı olmayan Qurbanov və ya canlı "divarlar"ı kim düzəldəcək?

Bəhanə axtarmaq bir zəifin işidir.

«Keşlə»nin baş məşqçisi Sənan Qurbanov, deyəsən, bu sadə məntiqdən xəbərsizdir.

Komandasına adicə hazırlıq keçmək üçün şərait yaratmayan rəhbərliyə sözünü deyə, tələbini çatdıra bilməyən, istədiyi transferlərin edilməməsinə göz yuman, futbolçusunun haqq sözünü təkrarlamayan, bunlar azmış kimi, özünü idarəçilərin yanında şirin satmaq üçün dəridən-qabıqdan çıxan biri uğursuzluğa nə bəhanə gətirəcək ki?

Ona futbolçusu inanmır, başqa kimin inanması lazımdır ki?

«Keşlə» bir qrup səriştəsiz, futbola təsadüfən gəlib düşmüş və bu sahəyə aid elementar fikirləri olmayan, peşəkarlığa yad simaların «oyuncağ»ıdır.

Məşqin ortasında meydançaya toy ayaqqabısı ilə çıxan rəsmilərin baş məşqçi postunda görəcəkləri adam elə Sənan Qurbanov omalıdır da. Özünə dəyər verən hansı mütəxəssis bu cür həvəskar, təfəkkürü futboldan uzaq şəxslərlə işləyər ki?

Guya, «Keşlə» Şamaxıya köçəndən, yeni adla çıxışını davam etdirəndən sonra düzələcək. Yeni ilə uğursuz başlamaqlarına bəhanə axtarmayacağını söyləyən Sənan Qurbanov bu əyalət rayonunun onlara düşərli olacağını iddia edir.

Deməzsən, adam hesab eləyir ki, quru daş-divar komandanın karına gələcək, dadına yetişəcək. Bəs canlı «divarlar»? Onları kim düzəldəcək?

Görəsən, özünə baş məşqçi deyən bir bəndə heç bu haqda fikirləşibmi? İnandırıcı gəlmir.

Onu yalnız səhər 10-da bazaya gəlib, axşam 10-da buradan getmək, «işləyirəm» görüntüsü yaradaraq maaş almaqdan savayı heç nə maraqlandırmır.

Bu düşüncə sahibinin başında olduğu komandanın «Zirə» önündə bir real qol vəziyyəti yaratmamasından təbii nə var?

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti