"Yalnız "Qarabağ"ı düşünmürük, bizim də şansımız da var”

7 Fevral 2022 14:40 Şamaxı 746
"Yalnız "Qarabağ"ı düşünmürük, bizim də şansımız da var”

"Zirə" yaxşı komandadır, güclü heyəti var və buna görə də onlarla keçirəcəyimiz oyun maraqlı keçəcək".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Turan Vəlizadə deyib.

Azərbaycan Premyer Liqasında qış fasiləsi bu gün başa çatır. İlk matç paytaxt derbisi ilə yadda qalacaq. "Keşlə" doğma meydanda "Zirə"ni qəbul edəcək.

Vəlizadə ilk matçda uğursuzluq yaşamaq istəmədiklərini bildirib: "Fasilədən sonra Premyer Liqada ilk görüşümüzdü. "Zirə"yə qarşı yaxşı oyunla xal qazanmaq istəyirik.

Komandada atmosfer yaxşıdır. Matça çox ciddi hazırlaşırıq. Ötən oyun ehtiyatda başlamağım baş məşqçimizin qərarı idi. Ona görə oyuna sonradan qoşuldum. Özümü hazırda yaxşı hiss edirəm".

Sonuncu ölkə kubokun qalibi olan "Keşlə" Premyer Liqada durumu o qədər də urəkaçan deyil. Komanda yüksək pillələrdən uzaq düşüb.

Amma kubokda imkanlar daha yaxşıdır. 1/4 finalın ilk matçında "Qarabağ"a qarşı yaxşı futbolla yadda "Keşlə" minimal hesabla uduzub.

Cavab görüşü doğma meydanda olacaq və şanslar heç də az deyil. Yəqin ki, kollektiv daha çox həmin matç haqqında düşünür.

21 yaşlı yarımmüdafiəçini dinləyək: "Xeyr, belə düşünmürük. Çempionatda da turnir mövqeyimizi gücləndirmək istəyirik.

Mükafaçılar sırasına düşmək şansımız da var. Ona görə də "Zirə" ilə qarşılaşmada potensialımızı maksimum nümayiş etdirməyə çalışacağıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti