Paytaxt klubunda növbəti ayrılıq XƏBƏRİ

3 Fevral 2022 23:40 Şamaxı 1 117
Paytaxt klubunda növbəti ayrılıq XƏBƏRİ

Mövsümün sonunda "Keşlə"dən ayrılacaq ilk futbolçu artıq indidən məlum olub.

Bu, komandanın vacib fiqurlarından hesab olunan braziliyalı Felipe Santosdur.

Ötən ilin yayından paytaxt klubunda çıxış edən forvard getmək qərarında qətidir. Əslində əcnəbi futbolçu qışda ölkəmizi tərk etmək istəyirmiş. Amma zədəli olması onun istəyinə mane olub.

Felipe arxada qalan müddətdə "Keşlə" forması ilə 16 matçda meydana çıxıb. Bu görüşlərdə 25 yaşlı legioner 5 qol və 5 asistlə yadda qalmağı bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti