“Qarabağ”la oyundan sonrakı üzüntü, 1 dəqiqəlik dincəlmək imkanı - AÇIQLAMA

2 Fevral 2022 21:00 Şamaxı 792
“Qarabağ”la oyundan sonrakı üzüntü, 1 dəqiqəlik dincəlmək imkanı - AÇIQLAMA

“Qarabağ”ın hansı gücə sahib olduğunu demək artıq olar.

Bunu bütün Azərbaycan bilir, amma yenə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq”.

“Keşlə”nin aparıcı müdafiəçilərindən olan Şəhriyar Əliyev dünən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la baş tutan oyunu Sportinfo.az-a açıqlamasında şərh edib.

“4 nömrə” məğlub olduqlarına üzüldüyünü deyərək, onu üzən məqamı dilə gətirib:

“Qarabağ” çox hərəkətli komandadır. 90 dəqiqə topu sağa-sola aparırlar, rəqibə 1 saniyə dayanmaq imkanı vermirlər.

Üstəlik, əvəzetmələrdən sonra bir az da hərəkətləndilər. Başabaş mübarizə aparmaq çətin olsa da, öhdəsindən gəlməyə çalışdıq.

Bildiyiniz kimi, komandamızda zədəlilər və xəstələr var idi. Özüm bir neçə məşqi buraxmışdım. Həmçinin Amil Yunanovla Rəhman Hacıyev də xəstəlik səbəbindən tam gücü ilə məşq etməmişdi.

Ən çox üzüldüyüm qol epizodlarını boşa verməyimiz oldu. Heç olmasa birini dəyərləndirsəydik, oyunun axarı başqa cür ola bilərdi. Qarşıda bizi maraqlı 90 dəqiqə gözləyir”.

Fevralın 1-də “Qarabağ”la “Keşlə” arasında baş tutan ilk görüşdə ağdamlılar 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu fevralın 12-də “ASK Arena”da olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti