"Hakimin qərəzli qərarları oldu" - Yeni transferdən NARAZILIQ

2 Fevral 2022 16:40 Şamaxı 1 029
"Hakimin qərəzli qərarları oldu" - Yeni transferdən NARAZILIQ

"Keşlə"nin yeni transferi Fəhmin Muradbəyli dünən "Qarabağ"la ölkə kubokunun 1/4 final mərhələsində baş tutan ilk matçla (0-1) bağlı Sportinfo.az-a açıqlama verib.

27 yaşlı yarımmüdafiəçi yaxşı oyuna görə komanda yoldaşlarına təşəkkür edib:

"Məncə yaxşı oyun getdi. Hər iki tərəfin də imkanları oldu. Komanda yoldaşlarımı belə oyuna görə təbrik edirəm. Doğurdan da hər kəs mübarizə apardı, əzmkar oyun göstərdi".

O, hakim ədalətsizliyi ilə üzləşdiklərini bildirib: "Hakimin bəzi qərəzli qərarları oldu. Bir epizodda penalımız verilmədi.

Özümə qarşı da 100% cərimə oldu. O formada çiyin-çiyinə mübarizə olmur. Medina çiyni ilə arxadan məni itələmişdi. Buna görə hətta mənə sarı vərəqə də verildi.

Futbolda olur belə şeylər. Növbəti qarşılaşmaya hazırlaşırıq. Çox yaxşı kollektivimiz var. Uğurlu nəticələr əldə eləmək mümkündür".

Oyunun sonlarında aldığ zədə səbəbindən əvəzlənən futbolçu indi özünü yaxşı hiss etdiyini deyib:

"Şükür, zədəm yaxşıdır. Dünən bir az ağrılar vardı. Zədənin izi ayağımda hələ də qalır, amma şiş çəkilib. İnşallah, 1-2 günə məşqlərə qoşula biləcəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti