"Keşlə"nin adının "Şamaxı" adına dəyişdirilərək eyniadlı rayona köçürülməsi xəbərindən azalır 3 ay keçsin.
AFFA-nın təşəbbüsü ilə baş tutan dəyişiklikdə məqsəd futbolu bölgələrə daşımaq idi.
İlkin açıqlamada bu məqsədlə dəyişilmə prosesinə 2022-ci ildən start veriləcəyi bildirilmişdi.
Artıq 2022-ci ilin də ilk ayını arxada qoymaqdayıq. Ümumilikdə isə verilən qərardan 3 aya yaxın müddət keçir.
Amma paytaxt klubunda hər hansı dəyişiklikdən əsər-əlamət yoxdur.
Klubdandan da bizə bildirildi ki, mövzu ilə bağlı hər hansı yenilik hələ yoxdur.
İctimaiyyət kimi komandanın üzvləri də komandalarının gələcəyindən bixəbərdilər. Naməlum durumun nə vaxta kimi davam edəcəyi belə sual olaraq qalır.
Görəsən, bir gündə ad dəyişən rəsmilər 3 aydı niyə yoxa çıxıblar?
XANOĞLAN / SPORTİNFO.AZ

