Qış təlim-məşq toplanışını Bakıda keçirən “Keşlə” daha bir legioneri baxışdan keçirmək qərarına gəlib.
Paytaxt klubu baxışa İranın U-19 yığmasının sabiq futbolçusu Nima Daqestanini dəvət edib.
Daha əvvəl “Səbail“ə təklif olunan sağ cinah müdafiəçisinin son klubu “Golreyhan”dır.
Əvvəllər İranın U-15, U-16 və U-19 yığmalarında çıxış etmiş Deqastani AFFA-ya bağlı menecer qrupunun diqqət mərkəzindədir.
Federasiya onun milliləşdirilməsində maraqlıdır. Qurum ona ilk belə təklifi hələ 17 yaşı olarkən verib.
Həmin vaxt «Xəzər kuboku»nda iştirak edən qonşu ölkə yığmasının heyətində yer alan Deqastani AFFA təmsilçilərinin diqqətini çəkib.
Müdafiəçi onda İrandan kənarda yaşamaq istəmdiyini bildirərək, Azərbaycan variantını dəyərləndirməmişdi.
SPORTİNFO.AZ

