Paytaxt klubu sabiq "Tottenhem"li ilə gücləndi

29 Yanvar 2022 19:00 Şamaxı 1 368
Paytaxt klubu sabiq "Tottenhem"li ilə gücləndi

Azərbaycan Premyer Liqasının qışdan sonrakı yarısı üçün hazırlıqlarını davam etdirən "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt klubu ingiltərəli futbolçu Natan Oduva ilə razılığa gəlib.

25 yaşlı əcnəbi ilə bütün detallarda razıllıq əldə olunub. Onunla yaya kimi bağlanacaq müqavilə tezliklə ictimaiyyətə açıqlanacaq.

Oduva ingiltərə nəhəngi "Tottenhem"in yetirməsidir. 2012-2017-ci ilə kimi bu komandanın müxtəlif yaş qruplarında çıxış edib.

İngiltərəli futbolçu karyerası ərzində “Luton”, “Reyncers”, “Kolçester”, “Piterboro”, “Olimpiya”(Lyublyana), “Veyle” “Hapoel Hadera”, “Dundalk” klublarında da oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti