Miyuşko Boyoviç "Keşlə"dən narazı ayrılıb.
Müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən monteneqrolu müdafiəçi komanda üzvləri ilə vidalaşmaq üçün Azərbaycana gəlib.
Fəqət, Sənan Qurbanov onun yoldaşları ilə bərabər son məşqdə iştirakına icazə verməyib.
2019-cu ildən "Keşlə"də çıxış edən 34 yaşlı balkanlı legioner meydançanın kənarına çəkilib və baş məşqçiyə "mən bura, sadəcə, sağollaşmaq üçün gəlmişdim" deyərək, bazanı tərk edib.
SPORTİNFO.AZ

