Premyer Liqa klubunun vitse-kapitanı koronavirusa yoluxdu

26 Yanvar 2022 09:40 Şamaxı 796
Premyer Liqa klubunun vitse-kapitanı koronavirusa yoluxdu

Qış təlim-məşq toplanışını Bakıda davam etdirən "Keşlə"də ciddi itki baş verib.

Belə ki, komandanın əsas simalarından biri sayılan Şəhriyar Əliyev kollektivdən uzaq düşüb.

Buna səbəb vitse-kapitanın koronavirusa yoluxması olub.

Təcrübəli futbolçu buna görə komandasının "Səbail"lə son yoxlama matçında da iştirak edə bilməyib.

29 yaşlı futbolçunun nə vaxt məşqlərə başlayacağı isə hələ dəqiqləşməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti