Paytaxt klubu yolunu gözlədiyi futbolçu PROBLEMLƏ ÜZLƏŞDİ

15 Yanvar 2022 23:40 Şamaxı 782
Paytaxt klubu yolunu gözlədiyi futbolçu PROBLEMLƏ ÜZLƏŞDİ

Qış təlim-məşq toplanışını Bakıda keçirən "Keşlə"nin yoxlanışa legioner futbolçular dəvət edəcəyini xəbər vermişdik.

Paytaxt klubuna müxtəlif ölkələrdən bir neçə futbolçu bu niyyətlə təşrif buyuracaq.

Yaxın günlərdə İran və Avropadan olan gənclərin Bakıda olacağı gözlənilir.

Amma öncədə gəlməsi üçün razılıq əldə olunan Afrikalı hücumçu problemlə qarşılaşıb.

Belə ki, sənədlərində yaranan uyğunsuzluq onun ölkəmizə gəlməsini yubadır. Ola bilsin ki, ümumiyyətlə, həmin forvard paytaxt klubuna qoşula bilməsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti